2024-cü ildə keçiriləcək Avropa çempionatının final mərhələsində (AVRO-2024) iştirak edəcək bütün yığmalar müəyyənləşib.
Presssport.az xəbər verir ki, Gürcüstan millisindən sonra Ukrayna və Polşa yığmaları da həmin uğura imza atıblar.
Ukrayna Budapeştdə qəbul etdiyi İsyandlyanı 2:1 hesabıyla məğlub edib. Uelsin isə Polşayla ev matçının əsas və əlavə vaxtı 0:0 hesabı ilə başa çatıb. Penaltilər seriyasında polşalı futbolçular daha dəqiq olublar - 5:4.
Seçmə mərhələnin nəticələrinə əsasən çempionatda 20 iştirakçı müəyyən edilib, 21-ci avtomatik olaraq yarışın ev sahibi Almaniya olub. Daha 3 yığma iə Millətlər Liqasındakı pley-off oyunlarından vəsiqə qazanıb.
A qrupu
Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə
B qrupu
İspaniya, Xorvatiya, İtaliya, Albaniya
C qrupu
Sloveniya, Danimarka, Serbiya, İngiltərə
D qrupu
Polşa, Niderland, Avstriya, Fransa
E qrupu
Belçika, Slovakiya, Rumıniya, Ukrayna
F qrupu
Türkiyə, Gürcüstan, Portuqaliya, Çexiya
AVRO-2024 bu il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Reqlamentə əsasən hər qrupdan 2 ən yaxşı komanda və ən yaxşı göstəricilərə malik 3-cü yeri tutan 4 komanda turnirin 1/8 final mərhələsinə yüksələcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC