Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol AVRO-2024-ə vəsiqə qazanmalarını şərh edib.
Presssport.az xəbər verir ki, 47 yaşlı fransalı mütəxəssis pley-off mərhələsində Yunanıstana Tiflisdə qalib gəldikləri matçdan sonra mediaya mesaj göndərib: "Bəzi jurnalistlər yazırdı ki, vəzifəmdən getməliyəm. Bəzən izah etməyə çalışırdım ki, nəyəsə nail olmaq üçün vaxt lazımdı. Futbolda 1 aya, 6 aya nəyisə dəyişmək olmur. Bu, mümkün deyil. İndi xoşbəxtəm və ayrılmaq haqda düşünmürəm, düşünməmişəm də. Matçdan əvvəl də soruşsaydınız, bunu deyərdim. Üç ildir burdayam, gözəl insanlarla işləyirəm. Vacib olan budu".
Xatırladaq ki, Sanyol Gürcüstan yığmasını tarixində ilk dəfə Avropa çempionatına yüksəldib. Bu, oyunsonrası penaltilər seriyasında (4:2, əsas vaxt 0:0) olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC