Qadınlardan ibarət boks millimiz Bakıdakı beynəlxalq turniri 9 medalla başa vurub

Qadın boksçulardan ibarət Azərbaycan millisi Bakıda keçirilən “Böyük İpək Yolu” beynəlxalq turnirini 9 medalla başa vurub.

Presssport.az xəbər verir ki, onlardan 2-si qızıl, 3-ü gümüş, 4-ü bürünc mükafata yiyələnib.

Son olaraq Marjona Savriyeva (50 kq) və Zeynəb Rəhimova (54 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Savriyeva həlledici görüşdə komanda yoldaşı Günel Rəhimovanı, Rəhimova isə Şahina Nematovanı (Özbəkistan) məğlub edib.

Günel Rəhimova kimi, Mehparə Məmmədova (48 kq) və Lalə Namazlı (63 kq) da finalda məğlub olaraq 2-ci yeri tutublar.

Daha əvvəl Anaxanım İsmayılova (50 kq), Nərgiz Zeynalova (54 kq), Məhsəti Həmzəyeva və Aysu Dərvişova (hər ikisi 60 kq) bürünc medal qazanıblar.

Qeyd edək ki, 11 ölkənin 121 idmançısının qatıldığı “Böyük İpək Yolu”nda kişi boksçuların mübarizəsi martın 28-də yekunlaşacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC