Tanınmış gürcü veteran futbolçu, 2008/09 mövsümündə “Bakı”yla Azərbaycan çempionu olmuş Georgi Demetradze millisinin AVRO-2024-ün final mərhələsinə vəsiqə qazanmasından danışıb.
Presssport.az xəbər verir ki, keçmiş hücumçu tarixində ilk dəfə Avropa çempionatında oynamaq hüququ qazanan Gürcüstan millisinə bütün ölkənin azarkeşlik etdiyini vurğulayıb: "Həm uşaqlar, həm böyüklər... Bütün ölkə səhərə qədər əyləndi, gəzdi, qələbənin dadını çıxardı. Heç vaxt belə hisslər yaşamamışdım. Son dəfə Tiflis "Dinamo"su Kuboklar Kubokunu götürəndə, 1981-ci ildə buna bənzər şadyanalıq olmuşdu. Hələ də ölkədə bayramdı. Gürcüstan millisi Avropa çempionatında yaxşı nəticə göstərəcək".
Xatırladaq ki, gürcülər dünən axşam Tiflisdə "Boris Payçadze"də Yunanıstanı üstələyərək (0:0, penaltilərlə 4:2) final mərhələsinə vəsiqə qazanıb və F qrupunda Türkiyə, Portuqaliya və Çexiya ilə eyni qrupda mübarizə aparacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC