"Neftçi"nin futbolçusu Ataa Caber klubunun televiziyasına danışb.
Presssport.a xəbər verir ki, bu il “ağ-qaralar”da hələ də oynamayan fələstinli yarımmüdafiəçi ilk olaraq zədəsi haqda fikirlərini bölüşüb: “Özümü yaxşı və hazır hiss edirəm. Zədəmin bərpa prosesi çətin keçdi. Sağalandan sonra yenə eyni yerdən zərbə aldım və təkrar prosesi keçdim. Demək olar, üç aydan sonra bura qayıtdım və özümü oynamağa hazır hiss edirəm”.
"Neftçi" Premyer Liqanın XXVIII turunda "Qəbələ"nin qonağı olacaq. Caber matça qələbə üçün çıxacaqlarını söyləyib:
"Bütün diqqətimiz "Qəbələ" ilə oyundadır. Düşünürəm ki, həmin oyunda qələbə qazana biləcəyik. Bundan sonra "Qarabağ"la kubok oyunu haqda düşünəcəyik".
Xatırladaq ki, martın 29-da keçiriləcək "Qəbələ" - "Neftçi" oyunu saat 16:30-da start götürəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC