“Daha rahat qalib gələ biləcəyimiz oyun idi”

“Gəncə”nin baş məşqçisi Bedri Meriç basketbol üzrə Azərbaycan kuboku çərçivəsində “Şəki” ilə oyundan sonra fikirlərini klubun mətbuat xidməti ilə bölüşüb.

Presssport.az xəbər verir ki, türkiyəli mütəxəssis komandasının 85:78 hesablı qələbəsini belə şərh edib: “Kubok matçı olduğundan limit fərqli idi. Müdafiə xətti ilə bağlı planımız vardı. Nə vaxt ona uyğun oynadıq, hesabda önə keçdik. Konsentrasiyanı itirdikdə isə rəqib üstünlüyü ələ alırdı. Daha rahat qalib gələ biləcəyimiz oyun idi. Amma qələbə də, qələbədir. Önəmli olan budu. Məğlubiyyət seriyamız sona çatdı. Qalan oyunlara köklənəcəyik. Qələbələrlə mövsümü yaxşı yerdə başa vurmaq istəyirik. Azarkeşlərimizi də sevindirmək baxımından bu, çox önəmlidir. Oyunçuları da qələbəyə görə təbrik edirəm”.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC