"Qarabağ"In futbolçusu Olavio Juninyo Premyer Liqanın XXVIII turunun "Kəpəz"lə matçından sonra brifinq keçirib. Presssport.az xəbər verir ki, 28 yaşlı braziliyalı hücumçu ona təkliflərin olub-olmamasına da aydınlıq gətirib.
- "Qarabağ"da ilk çempionluğunu qazandın. Təəssüratların necədir?
- Əslində, "Qarabağ"da ilk titulumla yanaşı, elə peşəkar idmançı kimi də birinci titulumdu. Bu da mənə əlavə sevinc bəxş edir.
- Belə erkən çempionluq gözləyirdin?
- Hər mövsümdən öncə klub qarşısına hədəflər qoyur. Bu da görülən işlərin nəticəsidi. Əslinə qalsa, bu qədər erkən çempionluğu gözləmirdim. Amma planımızda var idi.
- Fransa klublarından təkliflər almağın nə dərəcədə realdır?
- Bununla bağlı heç bir məlumatım yoxdur. Varsa da, agentim bu işlərlə məşğul olur. Gələcək və özü mənə lazım olan məlumatları verəcək. Şəxsən mənim özüm heç bir məlumata sahib deyiləm.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC