"Düşünürəm ki, İcraiyyə Komitəsinin üzvü olmaq mənim üçün tezdi" - Rəşad Sadıqov

"Zirə" Azərbaycan Premyer Liqasının XXVIII turunda səfərdə "Sabah"ı 1:0 hesabı ilə məğlub edib

Presssport.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransına oyun haqda danışmaqla başlayıb.

  • - Əvvəlki dövrlərdə də "Sabah"la aramızda baxımlı oyunlar olmuşdu. Bu gün də yaxşı, gərgin mübarizə şəraitində keçən matç oldu. Hər iki komanda qələbəyə layiq idi. Son vuruşlarda bir az uğurlu olduq. Vacib 3 xal qazandıq. Turnir cədvəli o qədər sıxdır ki, qazanılan hər 3 xal qızıla bərabərdir. Sevinməyə çox vaxtımız yoxdur. Üç gün sonra bizi vacib kubok matçı gözləyir.

- Avrokuboklara vəsiqə qazanmaq üçün çempionat, yoxsa kubok daha əlverişlidi?

- Fərq qoymuruq. Hər ikisi bizim üçün çox önəmlidi. Həmişə qarşıda gələn oyunu fikirləşirik.

- İlk hissədə "Sabah"ın qol epizodları oldu. İkinci hissədə isə komandanız boşluq vermədi. Fasilədə hansı tapşırıqları verdiniz?

- Eyni tapşırıqlar idi. İkinci hissədə də "Sabah"ın təhlükəli hücumları oldu. Böyük qüvvə ilə irəli atılanda onların müdafiəsində boşluqlar yaranırdı. İstəyimiz həmin boşluqlardan istifadə edib ikinci qolu vurmaq idi. Son dəqiqələr bizim üçün gərgin keçdi. 

- "Zirə"dən AFFA İcraiyyə Komitəsinin üzvlüyünə namizəd yoxdur. Bunun səbəbi nədi?

- Bu, səlahiyyətimdə olan məsələ deyil. O barədə məlumatsızam. Elə sıx qrafikdəyik ki, heç özümüzə ayırmağa vaxtımız yoxdu.

- Namizədliyiniz irəli sürülsəydi, razı olardız?

- Düşünürəm ki, mənim üçün tezdi. Özümü isbatladıqdan sonra gələcəkdə belə təklif olsa, dəyərləndirə bilərik.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC