"Xabi Alonsonun “Bayer”dən getməyəcəyi mənə aydın idi”

“Bavariya”nın idman direktoru Maks Eberl Xabi Alonsonun “Bayer”də qalmaq qərarı ilə bağlı fikirlərini bölüşüb.

Presssport.az xəbər verir ki, klub rəsmisi 43 yaşlı ispaniyalı mütəxəssisi daha əvvəldən tanıdığını və onunla həmin vaxtdan danışıqlar apardığını deyib: “Xabi layiqli insandı. Onu daha əvvəlki iş yerindən tanıyaraq danışıqlar aparırdım. Alonsonun “Bayer”dən getməyəcəyi mənə aydın idi”.

Bundan əvvəl mətbuatda Alonsonun xidmətində “Real”, “Liverpul” və “Bavariya”nın maraqlı olduğu barədə məlumatlar yayılmışdı.

Xatırladaq ki, Alonso 2022-ci ilin oktyabrından “Bayer”i çalışdırır. Onun klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonunadəkdi. 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC