Almaniya millisində “44 nömrə”li forma qadağan ediləcək.
Presssport.az xəbər verir ki, bu barədə Bundestimin texniki sponsoru "Adidas"ın sözçüsü Oliver Bryuggen "Bild"ə açıqlamasında məlumat verərək, 100-ə yaxın ölkədən insanlarla çalışdıqlarını xatırladıb: "Şirkətimiz müxtəliflik və inklüzivliyin tərəfdarıdı. Ksenofobiya, antisemitizm, zorakılıq və istənilən formada nifrətə fəal şəkildə qarşıyıq".
"Adidas"ın 44 rəqəminin nasizm simvolu ilə oxşarlığına görə bu addımı atdığı bildirilib. Qeyd olunub ki, formalarda yeni şrift sayəsində 44 rəqəmi ötən əsrin 30-40-cı illərində SS-in simvolu kimi run əlifbasının "ziq"ini xatırladır.
Avropa çempionatındakı qaydalara görə, futbolçular bu nömrəni seçə bilməyəcəkdilər. Lakin fanatların “44 nömrə”li formanı sifariş etmək imkanı olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC