"Ötən il Azərbaycan futbolu üçün uğurlarla yadda qaldı. İlk növbədə uzun illərdən sonra Xankəndidə Azərbaycan kubokunun oyununun keçirilməsini qeyd etmək istərdim. Həmin matçı Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva canlı izlədilər”.
Presssport.a əz xəbər verir ki, bu sözləri AFFA-nın baş katibi Sərxan Hacıyev assosiasiyanın Hesabat-Seçki Konfransında çıxışı zamanı deyib.
O, “Qarabağ”ın Avroliqanın 1/8 final mərhələsinə vəsiqə qazanaraq futbolumuzda yeni tarix yazdığını söyləyib: “Qarabağ” məzmunlu, döyüşkən oyunla yadda qaldı və Azərbaycan futbol tarixində iz qoydu. Bu münasibətlə klub rəhbərliyini, futbolçuları, məşqçiləri, futbol ictimaiyyətimizi təbrik edirəm”.
Hacıyev geridə qalan 1 il ərzində qadın futbolunda da irəliləyiş olduğunu söyləyib: “Ötən mövsüm Azərbaycanda qadın futbolunda millimiz bizi sevindirdi. Yeeni tarix yazdı, ilk dəfə qrup mərhələsində 1-ci yeri tutaraq B Divizionuna vəsiqə qazandı. Bu da Azərbaycanda qadın futbolu üçün əlamətdar nəticə idi. Son illərdə AFFA tərəfindən müxtəlif tədbirlər də keçirilib. Sadəcə, çox detallı danışıb vaxtınızı almaq istəmirəm”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC