"Rövşən Nəcəfə də UEFA hər zaman yardım edib, yol göstərəcək"

Bu gün AFFA-nın Hesabat-Seçki Konfransı keçirilir.

Presssport.az xəbər verir ki, tədbirdə UEFA İcraiyyə Komitəsinin üzvü Servet Yardımcı da iştirak edir. 

Qurum rəsmisi çıxışı zamanı Azərbaycan futbolunun inkişafda olduğunu söyləyib:

“Hamınızı salamlayıram. Fürsətdən istifadə edərək sizə UEFA-dan salamları çatdırıram. Xüsusən də, Aleksandr Çeferin, UEFA İcraiyyə Komitəsinin, baş katibin sizə salamlarını.

UEFA adından 16 il AFFA-ya rəhbərlik etdiyi üçün Rövnəq Abdullayevə təşəkkür edirəm. 16 il ərzində enişli-yoxuşlu yollardan keçib. Buna baxmayaraq, AFFA-nı Avropa və dünya futbol cəmiyyətinə yeni simada tanıdıb. Verdiyiniz töhvə üçün sizə minnətdaram".

UEFA rəsmisi bildirib ki, yeni strategiya üçün AFFA-ya lazımi dəstəyi göstərəcəklər: "Yeni tsikldə yeni füstətlər yaranacaq. Azərbaycan futbolu üçün də investisiya yatıracağıq. Futbol idmandan çox məna ifadə edir. Ümumbəşəri dildə danışan dəyərə çevrilib. Futbol bəşəriyyəti birləşdirir. 

Konfrans olduğunu bildim və özüm bura gəlmək istədim. Rövnəq Abdullayev və Elxan Məmmədovla hər zaman dayanışma ilə birlikdə çalışdıq, bir millət iki dövlət kimi yanaşdıq. Ona görə də bura gəlmək istədik. Rövnəq Abdullayev və dostlarına Azərbyacan futboluna verdiyi dəstək üçün təşəkkür edirəm".

Türkiyəli funksioner AFFA prezidenti postuna tək namizəd olan Rövşən Nəcəfi təbrik edib, ona uğurlar arzu edib: "Onun Azərbaycan futbolunu daha da irəli daşıyacağından şübhəm yoxdu. Azərbaycan futbolu son illərdə inkişafda idi. “Qarabağ” Avropada böyük işlər gördü. Uduzsa belə, Avropanın ən uğurlu komandasına uduzdu. ”Qarabağ”ı təbrik edirəm. Təcrübə qazandıqca, uğurların davamı gələcək. Rövşən Nəcəfə də UEFA hər zaman yardım edib, yol göstərəcək. Uğurlar arzu edirəm”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC