AFFA "Sumqayıt"ın məşqçisini cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Presssport.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 21-ci turunun oyunlarındakı qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Misli Premyer Liqasında 28-ci turun “Səbail” – “Turan Tovuz” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz” 700 manat cərimə edilib.

Misli Premyer Liqasında 28-ci turun “Sumqayıt” – “Araz-Naxçıvan” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt”  700 manat cərimə edilib.

Misli Premyer Liqasında 28-ci turun “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun 90+2-ci dəqiqəsində meydan sahiblərinin məşqçisi Seymur Rəhimov hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, “Sumqayıt” 1500 manat cərimə edilib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC