"Futbolçularıma təşəkkür edirəm. Azarkeşlərlər üçün maraqlı oyun oldu. İlk matç idi. Rəqibin əvvəlki müsahibələrinə qulaq asmışdıq, istəkli idilər. Biz də ciddi yanaşmışdıq. İki fərqli hissə oldu. İlk yarıda üç qol vursaq da, ikinci yarıda qol epizodlarımız daha çox idi. Amma həmin epizodlara qeyri-ciddi yanaşmaqlarına görə narazı qaldım. İndi də futbolçularımla söhbətim oldu, fikirlərimi bildirdimş Oyunlara baxıb, epizodları daha geniş müzakirə edəcəyik. Bu günə qədər çox gərgin oyunlar keçiriblər. Fiziki və psixoloji yorğunluq var. Bu, bizim işdi. Hər oyuna ciddi yanaşmalı, keyfiyyətimizi qoruyub-saxlamalıyıq. Bu oyunun bizə nəticə baxımından və digər detallar yöndən yaxşı faydası olacaq. "Neftçi"yə uğurlar arzulayıram. Stadionda əsl aristokrat azarkeşlər var idi".
Presssport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ölkə kubokunun yarımfinal mərhələsinin "Neftçi"yə qarşı keçirilmiş ilk oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
O, ardından jurnalistlərin suallarını cavablandırıb:
- Toral Bayramın performansı barədə fikirləriniz necədir? Gələcəkdə də onu yarımmüdafiənin sağ cinahında oynadacaqsız?
- Statistikaya baxsaq, yaxşı oyun göstərdi. Əvvəllər də o mövqedə onu oynatmışıq. Əslində, əvvəllər bu mövqedə oynayıb. O bacarıq onda var. Bu gün daha keyfiyyətli oynayır. Amma qollara baxsaq, fərqli düşünərik. Digər epizodlara baxsaq, mövqe səhvləri var idi. Daha da bərk olmalıdı. Bunu mütləq bacarmalı, yaxşılaşdırmalıdı. Onu meydana əsas heyətdə buraxdıq, düzgün yararlana bildik. Daha diqqətli, məsuliyyətli olmalıdı.
- Son günlər "Qarabağ"ın futbolçularına xarici klublardan təkliflər var. Konkret kimə təklif gəlib?
- Dəfələrlə bildirmişəm ki, şan-şöhrətə tab gətirmək, dözmək çətindi. Amma klubumuza rəsmi təklif yoxdu. Məni narhat edən məqam da odur ki, çox yazılar olur, çox fikirlər bildirilir. Ayrı-ayrı futbolçularda hiss olunur ki, sanki onlara təkliflər çoxdur. Bəlkə bilmədiyimiz məqamlar var. Amma düzünü desəm, bunu meydanda da hiss edirəm. Əfsuslar olsun ki, bu, var. Təkbətək danışanda fərqli cavablar alıram. Amma özlərini oyuna nə qədər hazırlaşdırsalar da, meydanda əvvəlki aqressiyası olmur. Bu da normal haldır. Hamımız bunu keçmişik. Yaxın vaxtlarda bunu aradan qaldıracağıq. Çünki futbolçularım peşəkardı. Hamısı yaxşı insanlardı, sözlərə qulaq asan, əməl edən idmançılardı.
- Bu gün Azərbaycan futbolu üçün yeni dönəm başladı. Sizin də adınız da İcraiyyə Komitənin siyahısındadı. Gələcəklə bağlı AFFA rəhbərliyi ilə danışmısınız?
- Mənə inanan hər kəsə təşəkkür edirəm ki, öz etimadlarını göstərirlər. Digər tərəfdən, burda kollektiv müzakirə olunacaq fikirlər var. Hərənin öz təklifi ola bilər və bu da müzakirə olunacaq, bu günə görə fikir bildirə bilmərəm. Çünki ilk görüş sadəcə, formal xarakter daşıyırdı. Bir ay ərzində yenidən bir araya gələcəklər və onda ilk müzakirələr başlanacaq. Gələcək üçün hədəf orada bildiriləcək. Bu məlumatları mən tərəfdən yox, federasiya tərəfdən veriləcək. Lazım olsa, razı və yaxud da narazı, fikir bildirmək lazım olarsa, bunu bildirəcəyik. Yeni heyətə uğurlar arzulayıram. Hər zaman tərəfdarı olmuşam ki, hansısa qərarı…
- Bu gün şansınız olsaydı, Azərbaycan futbolunda nəyi dəyişərdiz?
- Bu gün "Qarabağ"ı dəyişməzdim. Bu haqda fikir bildirməyim düz olmazdı.
- Premyer Liqada çempion oldunuz, bu gün də "Neftçi"ni kubokda uddunuz. Bu hal komandaya gələcək oyunlarda necə təsir edəcək?
- Həmişə yaxşı qələbə komandaya inam verir, komandanın gücünü göstərir. Həm qalib gəldik, həm də xoşlamadığım elementlər oldu. Onları da müzakirə edəcəyik ki, futbolçular daha məsuliyyətli olsun. Ancaq pozitiv düşünürəm. "Neftçi" kimi kiomandaya qarşı qələbənin faydası çox olacaq.
- Adınız "Latsio" və digər klublarla yanaşı hallanırdı. Şəxsən özünüzə müraciət edən olub?
- Bu barədə çox danışmağa ehtiyac yoxdur. Fikirlərimi yayındırmaq istəmirəm. Sadəcə, mənə uzaqdan-uzağa hansısa xəbər göndərirlər ki, təklif olsa, necədi? Cavabım qətidi ki, "Qarabağ"dayam. O haqda düşünmürəm.
- Keçən oyunda da "Neftçi" ilə matçda kifayət qədər azarkeş var idi, bu gün də. Niyə "Qarabağ"ın ev oyunlarında bu qədər azarkeş yığılmır? Səfər matçlarında daha çox azarkeşiniz olur...
- Nə bilim…"Neftçi" ilə ev oyunumuzda da az azarkeş olmayıb. Allah qoysa, gələrlər. Bəlkə də, mənə aid olan sual deyil. Həmişə azarkeşlərə müraciət edirik, onları stadionda görmək istəyirik. Təsəvvür edin ki, stadion boş olardı, matç yoldaşlıq görüşünə bənzəyəcəkdi. Azarkeşlər mütləq olmalıdı. Bu da bizə məsuliyyət verir. Bu, Azərbaycan futbolu üçün çox vacib elementlərindən biridi ki, azarkeşləri hansısa yolla stadiona cəlb edək. Avrokuboklarda olur. Amma çempionat matçlarını da eyni tempdə keçirməliyik.
- Çempionlar Liqasının reqlamentində dəyişiklik olub. İndidən bu turnir haqda düşünürsünüz? Sizcə, bu dəfə daha çətin olmayacaq?
- Format dəyişilib, amma dəyişilən nöqtəyə kimi eynidir. Qarşımıza ÇL-in qrupuna düşmək hədəfi qoryuruqsa, 8 oyunda qalib gəlməliyik. Dəyişiklik sonrakı mərhələdi. Hər turnirdən maksimum iştirak etməyi qarşıya hədəf qoymuşuq. Komandanı ilk olaraq turnirə kimi sağlam qoruyub-saxlamalıyıq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC