Türkiyə Super Liqasında XXXI tura start verilib.
Presssport.az xəbər verir ki, millimizin futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" lider "Qalatasaray"la səfərdə qarşılaşıb.
Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Dadaşovun komandasını argentinalı ulduz hücumçu Mauro İkardi 12-ci dəqiqədə vurduğu qolla məyus edib.
Renat oyuna ehtiyat oyunçular skamyasında başlayaraq 77-ci dəqiqədə meydana daxil olub.
"Hatayspor" turnir cədvəlində 33 xalla (31 oyun) 15-cidi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC