"İmarət Tayfa"nın qurucusu Qara Qarayevi təhqiramiz şüarlara layiq saymır: "Oyundan sonra onunla görüşdük və..."

Dünən Azərbaycan Kubokunun 1/2 final mərhələsi çərçivəsində keçirilən "Neftçi" - "Qarabağ" oyununda (0:4) Ağdam təmsilçisinin azarkeş qrupu "İmarət Tayfa"nın üzvləri ilə "ağ-qaralar"ın futbolçusu Qara Qarayev arasında insident yaşandı. Belə ki, fan-klub isinmə hərəkətlərini yerinə yetirən Qaranın ünvanına təhqir dolu şüarlar səsləndiriblər.
"İmarət Tayfa"nın qurucularından biri Elnur Quliyev açıqlamasında hadisə ilə bağlı fikirlərini bölüşdü: "Dünən stadionda oyunu izləyirdim, lakin gedişatda nə baş verdiyini bilmədim. Birdən bütün tribunanın Qara Qarayevin ünvanına şüar səsləndirdiyini eşitdim. Ola bilsin ki, uşaqlar onun "Neftçi"yə keçməyini həzm edə bilmirlər. Lakin bununla belə Qaranın ünvanına səsləndirilən təhqirlər doğru deyil. Çünki o, həm insan olaraq, həm də futbolçu kimi yaxşı biridir. Tribuna rəhbərləri gənclərdən ibarətdir. Onlar da ultras kimi davranmağı seçiblər. Üzvlərimizə belə məsələlərlə bağlı hər hansı irad bildirəndə tribunada söz azadlığını əsas gətirərək bəzən fikirlərimizi qəbul etmirlər".
Quliyev fan-klub üzvlərinin Qara Qarayevlə görüşüb və anlaşılmazlığı həll etdiklərini bildirdi:
"Oyundan sonra üzvlərimiz Qara Qarayevlə danışıb, məsələni həll ediblər. Anlaşılmazlığı aradan qaldırıblar. Qeyd etdiyim kimi, Qara buna layiq deyil. Fərdi söhbət zamanı da üzvlərimizə iradlarımızı çatdırırıq. Lakin bəzən qeyd edirlər ki, biz azad azarkeş qrupuyuq, tribunada söz azadlığı var, ona görə də fikirlərimizi açıq şəkildə ifadə edə bilərik. Üzvlərimizin əksəriyyəti yetişkin insandılar. Biz onlara başqa cür davrana bilmərik. Bir daha bildirirəm, Qaraya hörmətimiz sonsuzdur. O, bu şüarlara layiq deyil. Bundan sonra da ona qarşı bu kimi hal təkrarlanmayacaq".
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC