Azərbaycan Voleybol Federasiyasının (AVF) baş koordinatoru Zöhrab Gözəlbəyli Avropa Voleybol Konfederasiyasından yeni təyinat alıb. Presssport.az xəbər verir ki, Gözəlbəyli kişi voleybolçular arasında Çelenc Kubokunun 1/4 final matçının supervayzeri olacaq. Federasiya rəsmisi yanvarın 17-də “Qalatasaray HDI” (Türkiyə) və “Fonte Bastardo”nun (Portuqaliya) İstanbuldakı qarşılaşmada hakimlərin işinə qiymət verəcək. Görüşün hakimləri bolqarıstanlı İvan Momirov və italiyalı Mikele Brunelli olacaqlar. Onu da bildirək ki, komandalar arasında baş tutan ilk matçda Türkiyə təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC