Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat turnirində ilk mərhələnin görüşləri keçirilir.
Presssport.az xəbər verir ki, Azərbaycan təmsilçiləri birinci mərhələdəki çıxışlarını başa vurublar.
Onlardan 3-ü mübarizəyə davam edir.
130 kq çəki dərəcəsində mübarizə aparan Beka Kandelaki birinci mərhələdə Oskar Marvik (Norveç) ilə üz-üzə gəlib. Güləşçimiz 9:1 hesabı ilə qalib gəlib. O, 1/4 finalda Georgi Lyubomirov İvanovla (Bolqarıstan) qarşılaşaraq 9:0 hesabıyla üstələyib.
İslam Abbasovun (87 kq) ilk rəqibi Turpal Bisultanov (Danimarka) olub. O, 3:5 hesabı ilə uduzaraq turnirdə mübarizəni dayandırıb.
60 kq çəki dərəcəsində çıxış edən Nihat Məmmədli də turnirə qələbə ilə başlayıb. O, Oleksey Maşukla (Ukrayna) qarşılaşıb. İdmançımız 5:2 hesablı qələbə ilə 1/4 finala adlayıb. Nihat bu mərhələdəTürkiyə təmsilçisi Eneş Başara uduzaraq (1:3) mübarizəni dayandırıb.
Azərbaycanın digər yunan-Roma güləşçisi Murad Əhmədiyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirinə qələbə ilə başlayıb. 97 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Aleksandar Styepanetiçə (İsveç) 10:0 hesabı ilə qalib gəlib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC