“Açığı, rəqibimiz haqda dəqiq bir şey bilmirik. Bunun üçün analiz etmək lazımdı və hazırda bununla məşğuluq. Qısa müddət də olsa, vaxtımız var”. Bu fikirləri Presssport.az-a açıqlamasında “Göyəzən”in məşqçisi Süleyman Məmmədov deyib.
AFFA-nın keçirdiyi Region Liqasında Şimal və Şimal-Qərb zonasında qrup mərhələsini 1-ci yerdə başa vuran Qazax klubunun pley-offa rəqibi digər zonada 4-cü yeri tutan komanda olacaqdı. “Göyəzən”in bəxtinə “Göyçay” düşüb. Məmmədov ümumilikdə püşkdən razı qaldıqlarını deyib: “Biz də hazırlaşmışıq, heyətimizdə təcrübəli futbolçular var və istəyərik ki, ən azından yarımfinala kimi gedək, ”Dördlər finalı"nın iştirakçısı olaq. Bura gedən yolumuz da münasibdi. Çünki “Göyçay”ı keçsək, 1/4 finalda "Ağcabədi" - “Masallı” cütünün qalibi ilə görüçəcəyik. Yəni, yarımfinala kimi gedə bilərik. Hər halda, oradək qarşımızda "Çinar Zəngilan", "Hypers", “Şimal”, "Mübariz" kimi daha güclü rəqiblər yoxdu. Hansılar ki, çempionluğa əsas favoritlər sayılır. Gələcəkdə istəyərik ki, II liqada çıxış edək".
Məmmədov göyçaylılarla ilk matçın başlanma tarixinin artıq bəlli olduğunu açıqlayıb: "Bazar günü - aprelin 7-də saat 15:00-da Göyçayda oynayacağıq. Qrup qalibi olduğumuzdan cavab oyununu evdə keçirmək üstünlüyünə malikik. Hər halda, artıq səfər qolu yoxdu və mübarizə əlavə vaxta, hətta oyunsonrası penaltilər seriyasına kimi uzana bilər. Bu olarsa isə öz meydanımızdakı matçda reallaşacaq".
Xatırladaq ki, bu komandaların Qazaxdakı cavab görüşü aprelin 14-də saat 15:00-də olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC