Qurban Qurbanov cəzalanmasından və Lunyovla bağlı danışdı: "Andreylə bağlı böyüdüləcək bir şey yoxdu"

Qarabağ" Azərbaycan Premyer Liqasının 29-cu turunda öz meydanında "Səbail"i 4:2 hesabı ilə məğlub edib.

Presssport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Baxımlı oyun oynadılar, xeyli sayda qol epizodlarımız oldu. Mövsümün sonuna yaxınlaşmağımıza baxmayaraq, futbolçularda istək var idi. Şahin Diniyevə uğurlar arzulayıram.

- Sarı vərəqə görməyiniz nə ilə bağlı idi?

- Oyunun tempini ləngidirdilər. Bəlkə biz kənardan düz görmürük. Amma oyunun bu qədər durması yaxşı hal deyil. Futbolçular dinamikaya uyğunlaşmalıdır. Hər iki komanda üçün deyirəm. Hər epizoda sarı vərəqə vermək olmaz. Hakimlər düşünməlidir ki, ikinci sarı vərəqə ola bilər. Buna etirazımı bildirdim. Vurulan qollarda bilmirəm ofsayd var idi, yox idi. Torala sarı vərəqə verir. Dayanıb mübarizə aparmalı deyillər ki. Bu hallara öyrəşmək lazımdır. Oyunun sürəti artan kimi pauza verilir.

- Mövsümün sonunda müqaviləsi bitən futbolçular var. Onlarla bağlı qərar vermisiz?

- Vaxtımız var. Qarşıdakı günlərdə bu işlərlə məşğul olacağıq. Düzgün qərarlar qəbul etmək istəyirik. Hər biri bizim əzizimdir.

- Kubokun finalında kiminlə qarşılaşmaq istəyərdiz?

- İnanın ki, finalı düşünmürəm.

- Andrey Lunyov haqda son günlər mətbuatda yazılar çoxdur. Onunla bağlı durum necədir?

- Bəzən bir insan fikir bildirəndə emosiyalarını saxlaya bilmir, sərt danışır. Mən buna fikir vermirəm. Lunyovla bağlı böyüdüləsi bir şey yoxdur. Bizimlə müqaviləsi var. Müəyyən danışıqlar olub. Son günlərdəki yazılara uyğun heç nə yoxdur. Hər şey qaydasındadır.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC