AFFA İntizam Komitəsi (İK) “Metropoliten” və “Record Club” futzal klublarına texniki məğlubiyyət verib.
Presssport.az xəbər verir ki, buna "Metropoliten"in I Liqanın XVIII turunun “Baku Fire-2” ilə oyununa çıxmaması səbəb olub.
“Record Club” isə Yüksək Liqanın XVIII turunun “Neftçi” İK ilə matçına çıxmayıb. Bu səbəbdən hər iki qarşılaşma baş tutmayıb.
İK buna görə hər iki kluba 0:5 hesablı texniki məğlubiyyət verib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC