ABŞ-dan dəvət edilmiş mütəxəssis güləşçilərimizə Qubada məşqlər keçəcək

Güləş üzrə milli komandalarımız növbəti təlim-məşq toplanışı keçirəcək.

Presssport.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, aprelin 11-dən etibarən sərbəst, qadın və yunan-Roma güləşi üzrə yığmalarımız Quba Olimpiya İdman Kompleksində məşqləri bərpa edəcəklər. Xüsusi fiziki hazırlıq üzrə toplanışda ABŞ-dan dəvət edilmiş mütəxəssis Mark Alan Filippinin proqramı üzrə təmrinlər keçiriləcək. Dözümlülük və fiziki gücün artırılması ilə yanaşı, güləş xalçası üzərində taktiki-texniki məşqlər də yer ayrılacaq.

Qeyd edək ki, toplanış 2 həftə davam edəcək və komandalarımız növbəti hazırlıq prosesini Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçirəcək.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC