İddiaçılar Turniri: Nicat Abasov "sülh"ə razılaşdı

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində təşkil olunan İddiaçılar Turnirində növbəti görüşünü keçirib.

Presssport.az xəbər verir ki, 28 yaşlı qrossmeyster VII turda Hindistan təmsilçisi Vidit Santoş ilə qarşılaşıb.

Milli üzvü ağ fiqurlarla oynayıb. Tərəflər heç-heçəyə razılaşıb.

Yeddi turdan sonra Abasov 2 xalla sonuncudu. Yan Nepomnyaşi isə 4,5 xalla vahid liderdi.

Səkkizinci turda Nicat məhz Nepomnyaşi ilə qarşılaşacaq.

İddiaçılar Turniri aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində qalib olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

Turnirin mükafat fondu 500 min avrodu. Qalib 48 min avro qazanacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC