"Bu gün vəziyyət fərqlidi, çətindi" - Vitali Borisov

Aprelin 8-dən Bakıda təlim-məşq toplanışında olan Azərbaycan millisinin bu gün KİV üçün açıq məşqi keçirilib. Presssport.az xəbər verir ki, hazırlıq prosesdən əvvəl baş məşqçi Vitali Borisov jurnalistlərin suallarını cavablandırıb:

“Ramazan bayramı münasibəti ilə bütün müsəlmanları təbrik edirəm. Aprelin 8-dən hazırlığa başlamışıq. Məşqlərimiz proqram üzrə davam edir. Elə gün oldu bir, elə vaxt oldu iki məşq keçdik. Bu gün hazırlığın Bakı mərhələsini yekunlaşdırırıq. Komanda sabah Tbilisiyə yola düşəcək. Aprelin 14-də və 16-da Gürcüstanla iki yoldaşlıq oyunu keçirəcəyik. Heyətlə bağlı vəziyyət normaldı, 17 futzalçıdan 14-nü səfərə aparacağıq".

Borisovun sözlərinə görə, fiziki hazırlıq yüksək səviyyədə deyil: "Qısa vaxt ərzində bunu aradan qaldırmaq isə çətindi. Ümumi götürdükdə, 70 faiz hazırıq.

Hər klubun öz taktikası, məşq prosesi var. Hazırkı heyətimizin 7 nəfəri “Bakı Fire” klubunun üzvüdür. Əvvəllər isə millinin özəyini “Araz-Naxçıvan”ın üzvləri təşkil edirdi. Onlar il ərzində həm də millinin baş məşqçisinin rəhbərliyi altında hazırlıq keçirdilər. Belədə məşq prosesini aparmaq rahat olurdu. Amma bu gün vəziyyət fərqlidi, çətindi.

Bu gün çempionatda kimlər daha yaxşı çıxış edir, seçilirsə, onlara dəvət göndərmişik. Bu o demək deyil ki, növbəti toplanışlarda da bu futzalçılar iştirak edəcək. Kim hazır olacaqsa, milliyə də onlar dəvət olunacaq.

Rəsmi oyunlarımız dekabrda olacaq. Püşklə bağlı bir söz deyə bilmərəm”.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC