Aprelin 14-də və 16-da Tiflisdə Gürcüstan yığması ilə qarşılaşacaq Azərbaycan futzal millisi məşqlərini “Olimpik Star”da davam etdirir. Presssport.az xəbər verir ki, Vitali Borisovun komandası bu gün bir məşqlə kifayətlənib.
Heyətə dəvət olunun 17 furzalçıdan 3-ü qapıçıdı. Daha çox taktiki tapşırıqlar üzərində çalışan futzalçılar arasında zədəli oyunçunun olmaması baş məşqçinin üzünü güldürür.
Qeyd edək ki, komanda aprelin 13-də Gürcüstana yola düşəcək və “Beaumonde Garden” otelində məskunlaşacaq. Oyunlar isə Tiflisdəki İdman Sarayında keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC