UEFA Avropa Liqasının 1/16 final mərhələsinin “Sparta” (Praqa) – “Qalatasaray” cavab matçında baş verən hadisələrlə bağlı qərarları açıqlayıb.
Presssport.az xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Okan Buruk qeyri-idman hərəkətinə görə 2, köməkçisi Serhat Doğan başqa şəxsə hücum səbəbiylə 3 oyunluq cəzalandırılıb. Müdafiəçi Kaan Ayhan isə rəqib futbolçuya qarşı sərt müdaxilə etdiyi üçün aldığı qırmızı vərəqənin qarşılığında 1 matçlıq cəzaya məruz qalıb.
Xatırladaq ki, meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatan həmin görüşün final fiti səsləndikdən sonra iki klubun oyunçuları və məşqçi heyəti arasında dava düşmüşdü.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC