“Qəbələ" Premyer Liqanın XXX turunun “Turan Tovuz”la evdə keçiriləcək oyununun hazırlıq prosesini başa vurub.
Presssport.az xəbər verir ki, üç futbolçu komandanın məşqinə qatılmayıb. Ahmed Ayzaya, Ülvi İsgəndərov və Murad Musayev zədə səbəbindən hazırlıq prosesində iştirak etməyiblər. Sonuncu cəzalı olduğundan onsuz da meydana çıxa bilməyəcək.
Qeyd edək ki, aprelin 13-də Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” – “Turan Tovuz” qarşılaşması saat 16:30-da başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC