Cüdoçularımız Avropa Kubokunun ilk günündə 7 medal qazanıb

Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk yarış günü arxada qalıb.

Presssport.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan idmançıları yarışın ilk günündə 3 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.

50 kq çəki dərəcəsinin final görüşündə iki cüdoçumuz - Bahadır Feyzullayev və Məmmədəli Hüsiyev üz-üzə gəlib. Nəticədə qalib gələn Feyzullayev qızıl, Hüsiyev isə gümüş medala sahib çıxıb.

60 kq çəkidə final qarşılaşmasında da iki cüdoçumuz - Nihad Rəhimov və Özqan Quliyev qarşılaşıb. Nəticədə Rəhimov qızıl, Quliyev gümüş medal əldə edib. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Fərid Qarayev bürünc medal qazanıb.

66 kq çəkidə tatami üzərinə çıxan Kənan Sadıqov 1-ci yeri tutub. Eyni çəki dərəcəsində mübarizə aparan Ümüd Qurbanov isə bürünc medalla kifayətlənib.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC