Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq oyunu keçirib.
Presssport.az xəbər verir ki, Vitali Borisovun komandası Tiflisdəki İdman Sarayında Gürcüstan yığması ilə qarşılaşıb.
Oyun rəqibin 3:2 hesabı ilə xeyrinə başa çatıb.
Qarşılaşmada hesabı meydan sahibləri açıb. Ardınca Novruz Kazıxanov Ülvi Əliyevin qapıya paralel ötürməsini qolla tamamlayıb. Lakin fasiləyə qədər Gürcüstan yığması daha bir qol vurub. İkinci hissədə rəqib fərqi iki topa çatdırsa da, 32-ci dəqiqədə Əmir Şojaeinin yaratdığı epizodu Xəzər Ağalızadə qolla tamamlayıb.
Bu komandalar arasında növbəti oyun 2 gün sonra – aprelin 16-da saat 19:00-da yenə həmin məkanda keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC