"Sabah"ın braziliyalı legioneri Kristian da Silva Azərbaycan Premyer Liqasının cari mövsümünün yekunlarına görə komandasının avrokuboklara düşmək şanslarından danışıb.
Presssport.az xəbər verir ki, Masazır klubunun yarımmüdafiəçisi bu mövsüm də avrokuboklara düşməyə hədəflədiklərini söyləyib: “Azərbaycan Premyer Liqasında avrokuboklara vəsiqə qazanmaq üçün üç yer var: çempion Çempionlar Liqasına, 2-ci və 3-cü yerləri tutan komandalar isə Konfrans Liqasında çıxış edəcək. Ötən mövsüm Konfrans Liqasına vəsiqə qazana bildik. Lakin təəssüf ki, qrup mərhələsinə düşməyi bacarmadıq. Bu mövsüm məqsədimiz yenidən avrokuboklara vəsiqə qazanmaqdı. Bu, “Sabah” üçün çox vacibdi. İndi mövsümün son mərhələsinə qədəm qoyduq və hər oyun həlledicidi. Səhv edə bilmərik”.
Kristianın fikrincə, güclü, təcrübəli komandaları var: "Ona görə də hər matça final oyunu kimi yanaşmalı və mümkün qədər çox xal toplamağa çalışmalıyıq. Bilirik ki, asan olmayacaq, ciddi rəqiblərimiz var. Amma çalışırıq ki, avrokuboklara vəsiqə qazanaq".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC