I Liqanın XX turunda aprelin 4-ü keçirilən "İrəvan" - "Araz Saatlı" oyununun (1:4) nəticəsi ilə bağlı müəyyən şübhələr yaranıb və onun danışılmış matç olması ilə bağlı iddialar səsləndirilir.
Presssport.az xəbər verir ki, məsələ ilə əlaqədar AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev “CBC Sport"a açıqlama verərək, AFFA olaraq danışılmış oyunlarla bağlı məsələləri daim diqqətdə saxladıqlarını bəyan edib: "Sözügedən məsələlərdə bağlı hər hansısa bir siqnal və ya məlumat AFFA-ya daxil olduğu təqdirdə, dərhal müəyyən olunmuş addımlar atılır, aidiyyatı üzrə müəyyən qurumlara məlumat ötürülür, məsələrə araşdırılır. Sözügedən oyunla bağlı da onu qeyd edə bilərəm ki, bu matçın ictimaiyyətdə söz-söhbət yaratdığını nəzərə alaraq bizim tərəfimizdən də məsələ nəzarətə götürüldü. Tərəfimizdən UEFA-ya məlumat ötürüldü. Ola bilsin, onların tərəfindən bu oyunla bağlı hər hansısa bir əlavə məlumat AFFA-ya verilsin. Həmçinin öncədən qeyd etdiyim kimi müəyyən addımlar mövcuddur, hansılar ki, atılıb”.
Hacıyev onu da vurğulayıb ki, həmin oyunla bağlı AFFA tərəfindən güc strukturlarına da müraciət olunub: “Əlbəttə ki, məsələrə araşdırılır. Araşdırıldıqdan sonra daha ətraflı məlumat verilə bilər".
Xatırladaq ki, “İrəvan"ın prezidenti Zahid Niyazəliyevin saxlanılıb və 30 min manat mənimsəmədə ittiham olunur.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC