Aprelin 19-21-də Bakıda keçiriləcək Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları bəlli olub.
Presssport.az Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, fərdi proqramda Zöhrə Ağamirova bacarığını göstərməyə çalışacaq.
Bundan əlavə, yarışda Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Darya Sorokina, Yelizaveta Luzan, Ləman Əlimuradova və Kamilla Əliyevadan ibarət milli qrup hərəkətləri proqramı üzrə çıxış edəcək.
Onu da bildirək ki, Dünya Kubokunda 42 ölkə idmançılarının mübarizə aparacağı gözlənilir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC