"Barselona"nın baş məşqçisi Xavi Ernandes Çempionlar Liqasının 1/4 finalının PSJ ilə cavab matçından sonra hakim idarəçiliyindən narazılığını açıqlayıb.
Presssport.az xəbər verir ki, 44 yaşlı ispaniyalı mütəxəssis 1:4 hesablı məğlubiyyəti şərh edərkən matçın rumıniyalı baş hakimi İstvan Kovaçın yanlış qərarlar verdiyini bildirib:
“Biz qəzəbliyik. Arauxonun hərəkəti qırmızı vərəqəlik deyildi. Belə düşünürəm. Meydanda 10 futbolçumuzun qalması bir fəlakət idi. Hakim hər şeyi məhv etdi. On nəfərlə oynamaq çox çətindir. Təəssüf ki, bütün mövsümdəki işimiz hakimin qərarı ilə başa çatdı. Hakimlər haqqında danışmağı xoşlamıram, amma bunu deməliyik, susmaq olmaz. "Barselona" yenidən cəhd edəcək. Çempionlar Liqasında çox layiqli oyunlar keçirdik".
Xatırladaq ki, matçın 29-cu dəqiqəsində - "Barselona" hesabda 1:0 öndə olarkən müdafiəçisi Ronald Arauxo qırmızı vərəqə ilə cəzalandırılıb. Daha sonra Xavi, bir müddətdən sonra isə onun köməkçisi qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb. Arauxonun qovulmasından sonra üstünlüyü ələ alan PSJ 4 qol vuraraq yarımfinala yüksəlib. Parisdəki oyun "Barselona"nın 3:2 hesablı qələbəsi ilə başa çatmışdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC