“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov öz ölkəsinin mətbuatına müsahibə verib. Presssport.az həmin müsahibəni təqdim edir?
- Demişdin ki, pul ən vacib şey deyil. Əsas olan nədi?
- Ailə. Mənim üçün ailəmin rahatlığı prioritetdi.
- Pul həm də ailənin rahatlığı deməkdi...
- Şübhəsiz ki, belədi. Eyni zamanda, yaxşı şəraiti təmin edə biləcək bir çox ölkə və çempionatlar var. Ancaq gündəlik həyatda xüsusi mühitdə ailə o qədər də rahat olmayacaq.
- Azərbaycan mətbuatı yazır ki, “Qarabağ”da maaşın “Zenit”dəkindən 5 dəfə azdı...
- Özümü rahat hiss edirəm. Seçim böyük deyildi. Rusiyadan variantlar var idi, amma Avropada qalmaq istəyirdim.
- Murad Musayev bildirib ki, “Qarabağ” Rusiya Premyer Liqasında çempionluq uğrunda mübarizə apara bilər. Bu haqda nə fikirləşirsən?
- Razıyam. “Qarabağ” Rusiyada çempionluq uğrunda, minimum ilk “3-lük” üçün mübarizə apara bilərdi. Yeganə məqam Rusiya futbolunun spesifik olmasıdı. Bizim liqa daha qapalı və sərtdi. “Qarabağ”ı belə şəraitdə kənardan izləmək çox maraqlı olardı. Ola bilsin ki, indi Rusiyada nəsə dəyişib. Lakin “Zenit”də oynadığımda bir çox komandalar topu bizə verirdi və ona nəzarət etməyə belə cəhd göstərmirdilər.
- Azərbaycanda belə deyil?
- Azərbaycandakı komandalar cəhd edirlər, amma "Qarabağ"dan topu ala bilmirlər. Onlar topu saxlamaqla təzyiqdən çıxmağa çalışır. Burda yüksək təzyiq göstərməyə çalışırlar: çox az komanda ortada və ya üçüncü zonada müdafiəyə “oturur”. Bu. məni təəccübləndirdi. Deməzdim ki, hər hansı komanda ilə bizim üçün çox asan olur. Halbuki, bəzən 5:0 və ya 7:0 hesablı qələbələr qeydə alınır. Matçlar maraqlı məqamlarla boldu. Sadəcə. oyunçuların keyfiyyəti və taktiki gedişlər öz sözünü deyir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC