"Sevilya" "Neftçi"nin sabiq legionerini yayda birdəfəlik transfer etmək şərtilə icarəyə götürmək istəyir

"Neftçi"nin sabiq hücumçusu Mateus Saldanya Avropanın məşhur klublarının diqqət mərkəzinə düşüb. Presssport.az xəbər verir ki, "Partizan"ın hücumçusunun xidmətində "Torino"nun ardınca "Sevilya" maraqlanır. 

Turin klubu 20 gündür braziliyalı forvard üçün Serbiya klubu ilə danışıqlar aparır. "Partizan" futbolçusunu 10 milyon avrodan aşağı qiymətə satmağı düşünmür.

"Sevilya" isə 24 yaşlı futbolçunu yayda birdəfəlik transfer etmək şərtilə icarəyə götürmək istəyir. Daha əvvəl "Fənərbaxça"nın da Saldanyanı transfer etmək istədiyi ilə bağlı məlumat yayılmışdı.

Matesu bu mövsüm "Partizan"ın heyətində meydana çıxdığı 23 rəsmi matçda 15 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, “Neftçi” Saldanyanı 2023-cü ilin yanvarında Yaponiyanın "JEF Yunayted Çiba" klubundan icarəyə götürmüşdü. O, iyulda "Partizan"a keçib.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC