“Barselona”nın futbolçuları Rafinya və Lamin Yamal klubun tarixinə düşüblər.
Presssport.az xəbər verir ki, bu cinah yarımmüdafiəçiləri buna Çempionlar Liqasının 1/4 final mərhələsibdə PSJ ilə cavab görüşündə nail olublar.
Belə ki, oyunun 12-ci dəqiqəsində hesabı açan Rafinya katalonların turnirdəki 600-cü qoluna imza atıb. Ona məhsuldar ötürmə verən Yamal isə pley-offlarda assist edən ən gənc oyunçu adıan sahib çıxıb. Yamal 16 yaş 278 günlüyündə bunu bacarıb.
Bundan başqa, “Barselona” tarixində ilk dəfə pley-offun birinci görüşündə səfərdə qələbə qazandıqdan sonra ÇL-də mərhələ adlaya bilməyib.
Xatırladaq ki, Parisdə 3:2 hesablı qələbə qazanan “Barselona” öz meydanında 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC