17 yaşadək sərbəst və yunan-Roma güləşçilər arasında Azərbaycan çempionatı keçiriləcək.
Presssport.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq yarış aprelin 23-dən 26-dək olacaq.
Hövsan qəsəbəsində yerləşən FHN İdman-Sağlamlıq Klubunda keçiriləcək turnir müvafiq yığmalara seçim xarakteri daşıyır. İlk iki gündə sərbəst, növbəti iki gündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.
Onu da bildirək ki, yarışı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcəklər.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC