Məhəmməd Muradlı liderliyini davam etdirir

Kişi şahmatçılar arasında Azərbaycan çempionatında VII turun oyunları keçirilib.

Presssport.az xəbər verir ki, turnirin lideri, qara fiqurlarla mübarizə aparan Məhəmməd Muradlı Vüqar Rəsulovla heç-heçə edib.

Ağ fiqurlarla yarışan Xəzər Babazadə yarışın reytinq favoriti Aydın Süleymanlıya qalib gəlib.

Misrətdin İsgəndərov - Ülvi Sadıxov, Read Səmədov - Vüqar Manafov, Süleyman Süleymanlı - Murad İbrahimli, Ürfan Sevdimalıyev - Rüstəm Rüstəmov görüşləri heç-heçə bitib.

Hesabat turunda Namiq Quliyev ağ fiqurlarla çıxış edən Toğrul Həsənzadəyə uduzub. Abdulla Qədimbəyli və Allahverdi Həmidov müvafiq olaraq Şiroğlan Talıbovla Xaqan Əhmədə qalib gəlib.

7 turdan sonra 5,5 xala malik Muradlı 1-ci pillədə qərarlaşıb. Liderdən 1 xal geri qalan Babazadə, Süleymanlı və Rəsulov müvafiq olaraq 2-4-cü yerləri bölüşür. İlk “4-lüy”ə yaxın olan İsgəndərov, Manafov, Səmədov, Qədimbəyli, Həsənzadə və Sadıxovun 4 xalı var.
Reqlamentə əsasən 9 turdan sonra ilk dörd yeri tutan şahmatçılar yarımfinalda mübarizəni davam etdirəcəklər.

Xatırladaq ki, Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat əldə edəcək.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC