2023-cü ilin dekabrın sonunda "Neftçi"dən ayrılan Rüstəm Allahverdiyev yeni işə başlayıb. Presssport.az xəbər verir ki, "ağ-qaralar"ın mətbuat xidmətinin sabiq rəhbəri marketinq sahəsi üzrə agentlik yaradıb.
Allahverdiyev bu barədə “Facebook”dakı sosial şəbəkə hesabında paylaşım edib:
"4 aylıq planlama və hazırlıqdan sonra öz təcrübəmizə də arxayın olaraq İqsports media və marketinq agentliyi yaratmaqla idman sektoruna xidmət göstərməyin ən yaxşı variant olduğuna qərar verdik.
Artıq bu həftədən rəsmi işə başlamışıq və qərar verdik ki, bu gün də ictimiayyətə elan edək.
Ümid edirik ki, bu yolda peşman olmayacağıq. Vizyonumuza sadiq qalaraq ən yeni təcrübələri tətbiq etməklə ölkə idmanında markalar və yeni biznez sahələri yaradan İQ mərkəzi olmaq istəyirik.
Köhnə və yeni komanda üzvlərimizlə bu işi bacaracığımıza inanırıq".
"İQ Sports" yalnız bu istiqamətdə ixtisaslaşmaqla tərəflərin idarəetmə konsaltinqi olaraq idmanın biznes tərəfindən problemlərin həllində kömək edəcək yeni gəlir mənbələrinin yaradılmasında, inkişafında və nəticələrin optimallaşdırılmasında töhfə verən həllər təqdim etməyi hədəfləyib.
Agentlik idman federasiyalarına, klublara, peşəkar idmançılara və sektorun digər iştirakçılarına media və marketinq kommunikasiya planlarının hazırlanması, xüsusi kontentlərin və sosial media səhifələrinin bu istiqamətdə peşəkar şəkildə idarə edilməsi, reklam və promo video materialların hazırlanması, tədbirlərin əvvəldən sona qədər təşkili, korporativ brendinq hazırlanması, əlavə maliyyə dayaqlarının formalaşması üçün kommersiya layihələrinin hazırlanması və idarə olunması, sponsor və tərəfdaşların tapılması ilə bu münasibətlərin idarə edilməsi, idmançı və məşqçilərin şəxsi brendinqi, eləcə də reklam bazarında təmsil olunması və digər xidmətləri təklif edir.
"İQ Sports" agentliyinin planlarına yaxın gələcəkdə sektorla əlaqəli internet kanal açmaq, idman jurnalisti və marketinqinə istiqamətlənmək istəyən şəxslərə bu sahə üzrə təcrübəli şəxslərin iştirakı ilə treyninqlər təşkil etmək də daxildir.
"İQ Sports" agentliyi media və ictimiayyətlə əlaqələrin peşəkar qurulmasını, həmçinin marketinq sahəsini inkişaf etdirmək istəyən federasiya, klub və idmançılarla əməkdaşlığa hazırdır. Beynəlxalq partnyorların dəstəyi ilə də idman sektoruna bu istiqamətdə öz peşəkar xidmətlərini təklif edir.
Xatırladaq ki, ki, Allahverdiyev 2018-ci ilin mayından 2023-cü ilin sentyabrınadək paytaxt klubunun mətbuat katibi, sonrakı 3 ayda isə klubun kommersiya üzrə direktoru vəzifəsini icra edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC