İddiaçılar Turniri: Nicat Abasov heç-heçə edib

Azərbaycan şahmatçısı Nicat Abasov Kanadanın Toronto şəhərində keçirilən İddiaçılar Turnirinin növbəti görüşündə heç-heçə edib.

Presssport.az xəbər verir ki, 28 yaşlı qrossmeyster XIII turda Vidit Santoşla (Hindistan) qarşılaşıb. Abasov qara fiqurlarla oynayıb.

Bu nəticədən sonra Nicat 3,5 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. 

Xatırladaq ki, yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC