Azərbaycanın paraüzgüçülük millisi aprelin 21-dən 28-dək Portuqaliyanın Madeyra şəhərində təşkil ediləcək Avropa Açıq Çempionatında mübarizə aparacaq.
Federasiyadan Presssport.az-a verilən məlumata görə, Paris Paralimpiadasına hazırlıq məqsədi daşıyan turnirdə ölkəmizi kişilərdə Vəli İsrafilov ilə Roman Saley, qadınlarda isə Könül Süleymanova təmsil edəcəklər.
Onu da bildirək ki, milli komandamızı yarışa məşqçi Anar Məmmədov çıxaracaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC