Premyer Liqanın XXXI turuna yekun vuracaq “Araz-Naxçıvan” - “Səbail” matçını 3 futbolçu cəza üzündən buraxacaq.
Presssport.az xəbər verir ki, naxçıvanlılarda sol cinah müdafiəçisi Turan Manafovla mərkəz yarımmüdafiəçisi Tural Bayramlı 4-cü “sarı”ya görə vərəqə limitini aşaraq cəzalı durumdadı. Bu üzdən onlar keçmiş komandaları görüşdə heyətdə olmayacaq.
“Dənizçilər”də isə keçən turda birbaşa qırmızı vərəəq alan bosniyalı mərkəz müdafiəçisi Adi Mehremiçin 2 oyunluq diskvalifikasına başlayır.
Xatırladaq ki, Mərdəkandakı matç saat 19:00-da başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC