Azərbaycan Premyer Liqasının klubu adını dəyişəcək: "Onların hüquqi varisi sayılmayacağıq"

"Turan Tovuz” adını dəyişəcək.

Bu haqda Presssport.az-a klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev məlumat verib.

O, artıq bu məsələ ilə məşğul olduqlarını, dəyişikliyi həyata keçirmək üçün bir müddət gözlədiklərini söyləyib: “Tək Tovuza bağlı qalmaq “Turan”ın adına və böyüklüyünə yaraşmaz. Qərbin komandasıyıq və hətta bütün türk dünyasının komandası olmaq iddiasındayıq.

Lisenziyalaşdırma mərhələsində problem olar deyə, bu il bu yöndə addım ata bilmədik. Gələn mövsüm üçün çalışmalara başlayacağıq. Məqsədimiz yolumuza “Turan” Futbol Klubu kimi davam etməkdi".

Məlumdu ki, Tovuzun Premyer Liqada ilk təmsilçisi, artıq tarixin yaddaşına köçən klubun da adı məhz “Turan” olub. Quliyev buna da toxunub: "Keçmiş “Turan” şirkət idi, biz isə qeyri-hökümət təşkilatıyıq. Onların hüquqi varisi sayılmayacağıq. O vaxtkı “Turan”ın mənəvi irsini hər zaman daşıyırıq. Lakin ad dəyişikliyi sırf “Turan Tovuz”la bağlı olacaq”.

Xatırladaq ki, 2-ci mövsümdü Premyer Liqada çıxış edən "Turan Tovuz”un baş sponsoru, Quliyevin təsisçisi və direktoru olduğu “Huner Group”du.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC