"Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik Qarşılaşma çətin keçdi. Setlərdəki hesablara baxsaq, görüşün nə dərəcədə gərgin məcrada keçdiyini görə bilərik. Həm rəqibi, həm də komandamızı gözəl oyuna görə təbrik edirəm. Kişilərdən ibarət komandamız yeni formalaşır. Demək olar debütant komanda çempion oldu”.
Presssport.az xəbər verir ki, bunu “Azərreyl”in prezidenti Orxan Kərimov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Ötən gün kişi voleybolçular arasında Azərbaycan çempionatının finalında üz-üzə gələn “Azərreyl” – “Murov Az Terminal” matçı birincilərin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Kərimov klubun hədəflərindən də danışıb: “Məqsədimiz yeni mövsümdə güclü heyətlə Azərbaycan çempionatında iştirak etməkdi. Qeyri-adi hadisə baş verməsə, avrokuboklarda oynamaq istəyirik. Hazırda komandanın heyətində 5 gənc voleybolçu məşq edir. Onların daha yaxşı inkişaf etmələri üçün səviyyəli legionerlərlə eyni komandada yer almaları vacibdi. Gənclərə şans verdiyimiz üçün qürurluyuq”.
Xatırladaq ki, ki, “Azərreyl”in qadın voleybolçulardan ibarət komandası bu gün Azərbaycan çempionatının finalında “Abşeron”la üz-üzə gələcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC