AMEA-nın Mərkəzi Elmi kitabxanasında keçirilən kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı məlum olub.
Presssport.az xəbər verir ki, yarımfinalın hər iki partiyasında Xəzər Babazadəni məğlub edən Aydın Süleymanlı adını finala yazdırıb.
Yarımfinalın 2-ci günündə Məhəmməd Muradlı Vüqar Rəsulovu üstələməklə ilk partiyadakı məğlubiyyətin əvəzini çıxıb (1:1).
Bu gün onlar arasında tay-brek oynanılacaq.
Azərbaycan çempionatının mükafat fondu artırılaraq 30 min manata çatdırılıb. Yarışın qalibi medal, diplomla təltif olunacaq və 12 min manat əldə edəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC