"İnter"in baş məşqçisi Simone İnzaqi A Seriyasında çempionluğu təmin etmələrini şərh edib.
Presssport.az xəbər verir ki, təcrübəli mütəxəssis "Milan"a qalib gəldikləri görüşdə (2:1) gözəl axşam olduğunu söyləyib: "Məni sevindirən azarkeşlərin həvəsi idi. Üç il ərzində 6 kubok, Çempionlar Liqasının finalı - hər şey oldu. Bunları əvvəldən təsəvvür etmək çətin idi. Çempionluğun derbidə gəlməsi xüsusidi. Ciddi psixoloji təzyiq altında oynayan, sona qədər mübarizə aparan "Milan"a da qiymət verməliyik".
Xatırladaq ki, 33 turdan sonra 86 xalla lider olan "İnter" ən yaxın izləyicisi "Milan"ı 17 xal qabaqlayır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC