Xavi qərarını dəyişdi: "O, "Barselona"da çox xoşbəxtdi"

"Barselona"da baş məşqçi Xavi Ernandesin gələcək taleyi məlum olub.
Presssport.az xəbər verir ki, mövsümün sonunda komandadan ayrılacağını deyən 44 yaşlı ispaniyalı mütəxəssis fikrini dəyişib. 

Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Xavi klubun prezidenti Xoan Laporta ilə görüşərək, daha bir il komandada qala biləcəyini deyib.
"Barselona"nın vitse-prezidenti Rafa Yuste də Xavinin komandada qalacağını və klubla müqaviləsini uzadacağını təsdiqləyib: “Xavi burda çox xoşbəxtdi. Heç vaxt başqa məşqçi ilə danışıqlar aparmamışıq. Deku da Xaviyə güvənir. Qərar təsdiqləndi”.

Xatırladaq ki, yanvarda Xavi bu mövsümün sonu komandadan ayrılacağını açıqlamışdı. Onun klubla hazırkı müqaviləsi 2024-cü ilin iyunadəkdi. Çempionlar Liqasında mübarizəni dayandıran "Barselona" La Liqada 70 xalla 2-ci pillədədi. 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC