"Qarabağ" rəsmisi ECA-nın toplantısı haqda danışdı - Azərbaycandan da bir çox klubun nümayəndəsi artıq Madriddədi

Bu gün Avropa Klublar Birliyinin (ECA) İcraiyyə Komitəsinin növbəti toplantısı keçirilib.

Presssport.az xəbər verir ki, iclas İspaniyanın paytaxtı Madriddə təşkil olunub.

“Qarabağ”ın İdarə Heyətinin üzvü Asif Əsgərov toplantıda iştirak edib. O, tədbir barədə geniş açıqlama verib:

"Avropa Klublar Birliyi gündən-günə böyüyür. Bir il qabaq təşkilata üzv klubların sayı 246 idi, indi bu rəqəm 619-a çatıb.

Qitənin 15 ölkəsinin yüksək liqasında çıxış edən butun klublar artıq ECA-ya üzvdü. 30-dan çox ölkənin klublarının 80-90 faizi ECA-da üzvlükdən keçib.

Avropada 700-ə yaxın klub var və gedişatdan görürsüz ki, ECA necə sürətlə inkişaf etməkdədir. Bu, ECA-nın artıq bütün Avropanı təmsil etməsi deməkdir.

ECA-nın ümumi lozunqu “Avropanın ürəyi” deməkdi. Bu təşkilat UEFA və FİFA-nın bütün komitələrində təmsil olunmağa başlayıb və özüm də UEFA-da Yarışların Keçirilməsi Komitəsinin üzvüyəm.

ECA-nın İcraiyyə Komitəsinin hər iki-üç aydan bir iclası keçirilir. Gündəlikdə olan bir neçə məsələyə baxılır.

Madriddə keçirilən budəfəki toplantıda bəzi məsələlər təsdiqləndi. Sabah 400-dən artıq klubun nümayəndəsinin iştirakıyla ümumi toplantı keçiriləcək.

Toplantı “klubların birləşməsi” devizi ilə təşkil olunacaq. Azərbaycandan da bir çox klubun nümayəndəsi artıq burda olmalıdır.

Burda ECA-nın göstərdiyi xidmətlər barədə geniş məlumat veriləcək. Qurumun fəaliyyətinin onlara necə faydalı olması izah ediləcək.

Əvvəl UEFA və FİFA nə qərar verirdisə, onu hamı bilirdi. İndi ECA-nın vasitəsilə klublar daha güclüdür. Öz sözlərini deyə bilirlər. Lazım gələndə də hansısa qərarı dəyişdirirlər". (sportinfo.az)

   

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC