Azərbaycan paraüzgüçüsü Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən Avropa Açıq Çempionatında bürünc medal qazanıb.
Presssport.az xəbər verir ki, təmsilçimiz yarışın 4-cü günündə 100 metr məsafəyə sərbəst üzmə üsulunda finalda finişə 3-cü çatıb.
Turnirin ilk günündə Saley 100 metr məsafəyə arxası üstə üzmə üsulunda qızıl, 2-ci günündə eyni məsafəyə kəpənək üzmə üsulunda gümüş mükafata yiyələnib.
Milli komandanın digər üzvü Vəli İsrafilov isə yarışın 3-cü günündə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC