“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Qəbələdən ilk dəfə qələbəylə ayrılıb.
Presssport.az xəbər verir ki, 42 yaşlı mütəxəssis 4-cü mövsümdü baş məşqçisi olduğu qəsəbə təmsilçisiylə Qəbələdə heç vaxt qalib gələ bilməmişdi.
Bu, həm “Qəbələ”ylə səfər matçlarında, həm də “Qarabağ”la Azərbaycan kubokunun final görüşündə qeydə alınmışdı. Yəni, Sadıqov ya uduzmuş, ya da məğlubiyyət almışdı.
Keçmiş müdafiəçi ilkə Azərbaycan kubokunun yarımfinal mərhələsində cavab görüşündə imza atıb. Bu, 2:0 hesablı qələbəylə finala vəsiqə qazandığı qarşılaşma olub.
Qəbələ səfərləri ümumiyyətlə, “Zirə” üçün uğursuz sayılır. Təsadüfi deyil ki, zirəlilər 20 ilə yaxın müddətdə - 2015/16 mövsümündən bu yana olan “Qəbələ”ylə səfər oyunlarında bunadək yalnız bir qələbə qazanmışdı. Bu da Qəbələdə məhz kubokda darmadağından - 1:5 uduzaraq mübarizəni dayandırdıqdan sonra olmuşdu.
2016-cı ilin martın 13-də Qəbələdəki həmin Premyer Liqa matçında meydan sahibləri ukraynalı yarımmüdafiəçisi Aleksey Qayla 17-ci dəqiqədə hesabı açsa da, qonaqların paraqvaylı bombardiri olan Nelson Bonilya matçın qəhrəmanı olmuşdu. Belə ki, bəstəboy hücumçu 40-cı və 84-cü dəqiqələrdə fərqlənərək dubuyla “Zirə”yə əzmkar qələbə qazandırmışdı - 2:1.
Beləliklə, “qartallar” 8 ildən, daha dəqiq desək, 97 aydan sonra Qəbələdən qələbəylə dönüb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC